Azərbaycanda əhalinin 6%-i üçün kreditin alınmasında məhdudiyyətlər mövcuddur. Banklar 70 və daha çox yaşı olan şəxslərə kredit vermir. Bu da əhalinin təxminən 4%-i üçün kreditin tam əlçatmaz olması deməkdir.
Belə ki, 65 yaşdan yuxarı şəxslərə kreditləri cəmi bir neçə bank təklif edir. Bu siyahıda "Kapital Bank" ASC , Azərbaycan Beynəlxalq Bankını qeyd etmək olar. Bununla yanaşı, kredit öhdəliyinin bitməsi bir çox hallarda bu yaş həddini keçə bilməz. Bəzi banklarda bu yaş həddini 62-63 yaşa endirlib.
Rəsmi statistikaya əsasən, 2016-cı ilin sonuna Azərbaycanda əhalinin 375,2 min nəfər və ya 3,9%-ni 70 yaş və ondan yuxarı, 2,3% və ya 222,3 min nəfərini 65-70 yaş arası olan şəxslər təşkil edib.
© Report