Fransadakı prezident seçkiləri ərəfəsində Avropa valyutası bahalaşmağa başlayıb və bu gün 1.10 dollara yaxınlaşıb. Fins.az xəbər verir ki, artıq dörd həftə ardıcıl avro dollara qarşı möhkəmlənir.
Məzənnə həftəni 1.0998 səviyyəsində başa vurub. Bazar günü Fransada keçiriləcək seçkidə Avropa Birliyi əleyhdarı Le Penin uduzacağı və iqtisadi inkişif tərəfdarı olan Makronun qalib gələcəyi gözlənilir. Dollar gələn bazar ertəsi günü avro qarşısında daha da ucuzlaşa bilər.
Lakin növbəti günlərdə yenidən Dolların bahalaşmağa başlayacağı ehtimal edilir. Çünki Fed-in Aprel ayı toplantısında verdiyi bəyanatdan sonra, İyun ayında faizin artırılacağı ehtimalı bir həftə əvvəlki 64% səviyyəsindən 80%-ə qalxıb. Üstəlik, ABŞ-da Aprel ayında məşğulluq 190 min proqnoza qarşı 211 min artıb, işsizlik nisbəti isə 4,5%-dən 4,4%-ə geriləyib. Üstəlik, Fed-in bu ildən başlayaraq balansını azaltmağa başlayacağı gözlənilir. Sankt-Luis Fed sədri Bullard, "Fed, balans kiçiltməyə ilin ikinci yarısında başlamalıdır" - deyib.
İyun ayında Fed-in faizi artıracağına dair gözləntilərin artıb. Buna yüksələn inflyasiya və artan məşğulluq dəstək verə bilər.
Mənbə: Marja