“Qara bazar”da dollar yeni iş həftəsinə bahalaşma ilə başlayıb. Fins.az-ın fərdi qaydada valyuta satışı ilə məşğul olan şəxslərdən əldə etdiyi məlumatlara əsasən, may ayının 8-də səhər saatlarında dolların alışı 1.6700 manat, satışı isə 1.6900 manat olaraq qalıb.
Qeyd edək ki, ötən həftə sonu "qara bazar"da ABŞ valyutası 1.6700 manata alınıb, 1.6800 manata satılırdı.