Bü gün səhər bazar günü ilə müqayisədə bir sıra Azərbaycan banklarının ABŞ valyutasının məzənnəsinə dəyişiklik etməyi müşahidə olunur. Fins.az xəbər verir ki, hazırda dolların ən sərfəli alış qiyməti 1.6820 manata, satış – 1.6550 manata bərabərdir.
Belə ki, “Bank Silk Vey” dolların alış-satış qiymətini ucuzlaşdırıb: alışı – 1.6650 manatdan 1.6600 manatadək, satışı – 1.6950 manatadan 1.6900 manatadək.
“Bank Respublika” və “Atabank” ABŞ valyutasının alış məzənnəsini bahalaşdırıb: “Bank Respublika” 1.6400 manatadan 1.6600 manatadək; “Atabank” 1.6450 manatdan 1.6600 manatadək.
“AGBank” isə alış qiymətini bahalaşdırıb, satışı ucuzlaşdırıb: alışı – 1.6450 manatdan 1.6600 manatadək, satışı – 1.7200 manatdan 1.7100 manatadək.