30 Oktyabr

Tələb təklifdən 2,5 dəfə çox olub – DEPOZİT HƏRRACI

Bu gün Mərkəzi Bank vəsaitlərin cəlb edilməsi üzrə növbəti depozit hərracı keçirib. Fins.az xəbər verir ki, bu dəfə hərracda 504,7 milyon manat depozit cəlb edilib.

Xatırladaq ki, Mərkəzi Bank son hərracda 200 milyon manat cəlb etməyi nəzərdə tuturdu. Hərracda isə depozitlərə tələb bundan 2,5 dəfə çox olub.

Hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 12,7% olub.