Azərbaycanın kommersiya banklarım manat depozitləri artıb. Fins.az Mərkəzi Bankın statistikasına istinadən xəbər verir ki, 2017-ci ilin mart ayında bankların depozitləri 4 821,3 milyon manat olub. Bir ay öncə isə bu rəqəm 4 761,2 milyon manat olub.
Bunun əksinə olaraq dollarla depozitlər azalıb. Əgər mart ayında onun həcmi 8 901,1 milyon manat idisə, fevralda bu rəqəm 9 368,4 milyon manat, yanvarda isə 10 276,8 milyon manat olub. Bankların dollarla depozitləri ötən ilin I rübü ilə müqayisədə də azalıb. Belə ki, 2016-ci ilin həmin dövründə onun həcmi 11 692,1 milyon manat təşkil edib.