Bu ilin I rübündə Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının Mərkəzi Banka olan öhdəliyi 2,94% artıb. Fins.az Mərkəzi Bnakın statistikasına istinadən xəbər verir ki, mart ayında bankların öhdəliyi 6 571,5 milyon manat təşkil edib.
2017-ci ilin fevralında isə bu rəqəm 6 383,9 milyon manat olub. Ötən ilin analoji dövrü ilə müqayisədə isə bankların Mərkəzi Banka olan öhdəlikləri 148,6 milyon manat və ya 2,3% artıb.
İlin əvvəli ilə müqayisədə isə kommersiya banklarının Mərkəzi Banka öhdəlikləri 475,3 milyon manat və ya 6,75% azalıb. Belə ki, ilin əvvəlinə bu göstərici 6 833,3 milyon manat olub.