30 Oktyabr

Dövlət banklarının verdiyi kreditlər artdı – RƏQƏMLƏR

2017-ci ildə fevral ayı ilə müqayisədə martda iqtisadiyyata yatırılan kreditlərin həcmi azalıb. Fins.az Mərkəzi Banka istinadən xəbər verir ki, ümumilikdə 15 533,3 milyon manat kredit verilib. Bunun təxminən 10,2%-i və ya 1 590,3 milyon manatı vaxtı keçmiş kreditlərin payına düşür. Qeyd edək ki, fevralda bu rəqəm 1 556,4 milyon manat olub.

Bu ilin yanvar ayında cəmi kreditlərin həcmi 16 705,2 milyon manat, fevralda isə 15 878,6 olub.

Martda dövlət banklarının verdiyi kreditlərin həcmi artıb, özəl banklarda isə əksinə artıb. Belə ki, martda dövlət banklarının verdiyi kreditlərin məbləği 5 286,2 milyon manat, fevralda isə 4 311,5 milyon manat olub.
Özəl bankların verdiyi kreditlər isə 1 319,9 milyon manat azalaraq 9 792,8 milyon manata çatıb. İqtisadiyyata yönəldilən kredit vəsaitlərinin 454,4 milyon manatı isə qeyri-bank kredit təşkilatlarının payına düşüb. Bu rəqəm ilin əvvəlindən dəyişməyib.
Kreditlərin əsas sahələr üzrə bölgüsü isə belə olub:
Ev təsərrüfatlarına - 5 393,3 milyon manat
Daşınmaz əmlakın tikintisinə və alınmasına (ipoteka krediti daxil olmaqla) - 1 721,4 milyon manat
Ticarət və xidmət sektoruna - 2 209 milyon manat
Energetika, kimya və təbii ehtiyatlar sektoru - 413 milyon manat
Kənd təsərrüfatı və emal - 449,7 milyon manat
İnşaat və əmlak - 1 878,1 milyon manat
Sənaye və istehsal sektoru - 1 206,8 milyon manat
Nəqliyyat və rabitə - 1227,9 milyon manat
Kreditlərin ümumi həcminin azalması ilə bütün sahələrə yönələn vəsaitlərin məbləği də azalıb.