May ayının 11-da “qara bazar”da dolların məzənnəsində dəyişiklik olmayıb. Fins.az-ın fərdi qaydada valyuta satışı ilə məşğul olan şəxslərdən əldə etdiyi məlumatlara əsasən səhər saatlarında dolların alışı 1.6800 manat, satışı isə 1.6900 manat olaraq qalıb.
Dollarla yanaşı, avronun da “qara bazar” məzənnəsi dəyişməyib. Avropa valyutasının alışı 1.84 manat, satışı isə 1.86 manat olaraq qalıb.