Azərbaycan Mərkəzi Bankı 2017-ci ilin birinci rübündə milli valyutada bank depoztləri və kreditlər üzrə orta dərəcələrin artım tendensiyasını qeyd edir.
1 aprel 2017-ci il tarixinə milli valyutada kreditlər üzrə orta dərəcə 2016-cı ilin yekunları üzrə 12,05%-ə qarşı 12,31% təşkil edib.
Martın sonuna xarici valyutada kreditlər üzrə orta dərəcə 8,69% təşkil edib, baxmayaraq ki, 2016-cı ilin sonuna bu göstərici 8,6%-ə bərabər olub.
Bununla belə, aprelin əvvəlinə milli valyutada kreditlər üzrə orta dərəcə 8,77% (2016-cı ilin sonuna - 8,55%), xarici valyutada - 5,6% (5,59%) olub.
Martın sonuna fiziki şəxslər üçün milli valyutada kreditlər üzrə orta dərəcə 15,7% (15,71%), xarici valyutada - 16,72% (16,04%) təşkil edib.
AMB-nin məlumatına görə, 2016-cı ildə banklar tərəfindən cəlb olunan milli valyutada depozitlər və əmanətlər üzrə orta dərəcənin artımı müşahidə olunub. Xarici valyutada depozitlər və əmanətlər üzrə dərcələrin azalma tendensiyası qalıb.
Xüsusilə, martın sonuna milli valyutada depozitlər və əmanətlər üzrə orta dərəcə 6,82% (6,5%) təşkil edib.
Bu dövrdə xarici valyutada əmanətlər üzrə orta dərəcə 4,1% (4,66%) olub.
Bununla belə, martın sonuna hüquqi şəxslər üçün milli valyutada depozitlər və əmanətlər üzrə orta dərəcə 3,97% (3,91%), xarici valyutada - 2,94% (3,34%) təşkil edib.
Martın sonuna fiziki şəxslər üçün milli valyutada əmanətlər və depozitlər üzrə orta dərəcə 10,81% (10,31%), xarici valyutada - 4,88% (5,44%) təşkil edib.
© İnterfaks