Bu gün Mərkəzi Bankın Dövlət Neft Fondu ilə birgə keçirdiyi valyuta hərracına çıxarılan vəsaitin 63%-i və ya 22 milyon 250 min dolları satılıb.
Fins.az-ın əldə etdiyi məlumata görə, hərracda 1.7000 - 1.7030 AZN/USD məzənnəsi ilə 18 sifariş qəbul ounub. Məzənnə isə əsas üç iri məbləğli sifariş əsasında təyin edilib. Həmin sifarişlərdən 2-si 1.7029 AZN/USD məzənnəsi ilə 24 milyon dollar olub. Bir sifariş isə 1.7026 AZN/USD məzənnəsi ilə 3 milyon dollar təşkil edib.
Digər sifarişlər 100 mindən başlayaraq 1 milyonadək olub. 1.7000 AZN/USD məzənnəsi ilə verilən sifarişlər qəbul olunmayıb.
Xatırladaq ki, hərracın nəticəsində manatın orta çəkili məzənnəsi 1.7025 səviyyəsində müəyyən edilib. Mayın 2-də keçirilən valyuta hərracında 26 milyon 800 min, mayın 4-də isə 26 milyon 700 min dollar satılmışdı.