30 Oktyabr

Beynəlxalq Bank xarici valyutada olan kreditorlarına güvənir – AÇIQLAMA

“2016-cı il üzrə maliyyə nəticələrimizdə qeyd olunduğu kimi, Azərbaycan Beynəlxalq Bankı hal-hazırda mürəkkəb maliyyə vəziyyətindədir". Fins.az xəbər verir ki, bunu Bankın İdarə Heyətinin sədri Xalid Əhədov deyib.

Bildirib ki, restrukturizasiya planı Bankın pərakəndə və korporativ müştərilərinə heç bir halda təsir etməyəcək. Əlavə olaraq, Beynəlxalq Bankın digər xidmət və əməliyyatları bu prosesdən kənarda qalacaq:

"Buna baxmayaraq, inanıram ki, bizim xarici valyutada olan kreditorlarımızın dəstəyi ilə Bankın gələcək maliyyə dayanıqlığı təmin ediləcək. Beynəlxalq Bankın cari vəziyətində göstərdikləri dəstəyə görə Maliyyə Nazirliyinə və Maliyyə Bazarlarına Nəzarət Palatasına minnətdarlığımı bildirirəm".

Bankda hesab edirlər ki, bütün bu tədbirlərin nəticəsində Bankın uzunmüddətli maliyyə dayanıqlılığı təmin olunacaq və özəlləşdirmə öncəsi bankın bazar dəyəri artacaq.