Bu gün mayın 12-də Mərkəzi Bank vəsaitlərin cəlb edilməsi üzrə növbəti depozit hərracı keçirib. Fins.az xəbər verir ki, hərracda depozitlərə tələb yarım milyarddan çox - 612.8 milyon manat olub.
Hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 12,01% təşkil etmişdir.
Qeyd edək ki, Mərkəzi Bank bu hərracda 250 milyon manat cəlb etməyi planlaşdırırdı.