30 Oktyabr

Beynəlxalq Bankın istiqrazları hökumətin bəyanatından sonra bahalaşdı

Azərbaycan Beynəlxalq Bankının istiqrazları istiqrazları üzrə gəlirlilik bu gün bir qədər bərpa olunub. Fins.az "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, mayın 10-da Bankın subordinasiya olunmuş kreditin əsas və faiz borcu üzrə 100 mln. dollarlıq ödənişi yerinə yetirə bilməyib. Bundan sonra ödənişləri 2019-cu ildə nəzərdə tutulan 500 mln. dollar məbləğində istiqrazların dəyəri 16% azalıb. Nəticədə istiqrazlar üzrə gəlirlilik 14,806%-ə çatıb.

Bu gün isə istiqrazların gəlirliliyi 57 baza bəndi artıb. Artıma hökumətin bankın sağlamlaşdırılmasının ikinci mərhələsinə keçilməsi ilə bağlı bəyanatı səbəb olub.

"ING Groep NV" şirkətinin baş kredit analitiki Yeqor Fyodorov bildirir ki, Azərbaycan hökuməti beynəlxalq investorlara qarşı bir çox addım atıb:

"Nəhayət ki, hökumət investorlar üçün daha əlverişli, "ağrısız" istiqraz təklif edə bildi".
Onun sözlərinə görə, ən pis halda borcun restrukturizasiyası riski investorların iştahasını artıracaq.

Xatırladaq ki, ötən gün Beynəlxalq Bankın dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirlərinin növbəti mərhələsinə keçid elan olunub.

Mənbə: Apa