Banklararası ticarətdə dollar yenidən bahalaşıb. Fins.az xəbər verir ki, may ayının 15-də “Bloomberg” terminalında dollar 1.6838 manata qədər yüksəlib. Bu isə ötən günlə müqayisədə dolların manat qarşısında 0,15% dəyər qazanması deməkdir. Qeyd edək ki, ötən gün “Bloomberg”də dollar ticarəti 1.6775 manat məzənnəsi ilə yekunlaşmışdı.
Xatırladaq ki, bir sıra banklar öz müştəriləri üçün müəyyən etdiyi alış-satış qiymətlərini Bloomberg platformasında əks etdirirlər. Bu sifarişlər əsasında başqa bir indeks formalaşır ki, həmin indeks Bloomberg ticarət platforması ilə yanaşı Bloomberg.com saytında da elan olunur.