Xəbər verdiyimiz kimi, bu gün baş tutan valyuta hərracında dollar bir qədər də ucuzlaşdı. Fins.az-ın maliyyə dairələrindən əldə etdiyi məlumatlara görə, Neft Fondunun hərraca çıxardığı vəsaitin hamısı satılmayıb.
Hərracda 35 milyon dolların ancaq 71,7%-i və ya 25 milyon 100 min dolları satılıb. Buna baxmayaraq bu dəfə hərracda dollara böyük tələbat müşahidə edilib. Belə ki, bu dəfə banklardan 20 sifariş daxil olub. Sifarişlərin məbləği 100 min - 1 milyon dollar arasında olub. Banklar dolları 1.7000 -1.7030 manat kursu ilə sifariş ediblər.
Onlardan həcminə görə ən böyüyü 12 milyon və 7 milyon dollarlıq sifarişlər olub. Həmin sifarişlər yuxarıdakı məzənnə ilə reallaşdırılıb.