30 Oktyabr

“Bloomberg”də dollar kəskin bahalaşdı – MƏZƏNNƏ

Banklararası ticarətdə dollar kəskin bahalaşıb. Fins.az xəbər verir ki, may ayının 17-də “Bloomberg” terminalında dollar 1.7088 manata qədər yüksəlib. Bu isə ötən günlə müqayisədə dolların manat qarşısında 1,41% və ya 2,4 qəpik dəyər qazanması deməkdir. Ötən gün “Bloomberg”də dollar ticarəti 1.6850 manat məzənnəsi ilə yekunlaşmışdı.

Qeyd edək ki, sonuncu dəfə dollar aprel ayının 27-də 1.70 manat həddini keçmişdi.

Xatırladaq ki, bir sıra banklar öz müştəriləri üçün müəyyən etdiyi alış-satış qiymətlərini Bloomberg platformasında əks etdirirlər. Bu sifarişlər əsasında başqa bir indeks formalaşır ki, həmin indeks Bloomberg ticarət platforması ilə yanaşı Bloomberg.com saytında da elan olunur.