30 Oktyabr

Banklardan “qara bazar”a – BÖYÜK ZƏRBƏ

May ayının 17-da “qara bazar”da dolların alış məzənnəsində nisbi artım olub. Fins.az-ın fərdi qaydada valyuta satışı ilə məşğul olan şəxslərdən əldə etdiyi məlumatlara əsasən səhər saatlarında dolların alışı 1.6850 manatdan 1.6900 manat yüksəlib, satışı isə 1.7000 manat olaraq qalıb.
Avro isə “qara bazar”da kəskin bahalaşıb. Avropa valyutasının alışı 1,82 manatdan 1.84 manata, satışı isə 1.84 manatdan 1.85-1.86 manata kimi yüksəlib.
Dollar alverçiləri fins.az-a bildiriblər ki, son dövrlər “qara bazar”a müraciət edənlərin sayı kəskin azalıb: “Banklardan dollar alışı ilə bağlı problem yoxdur. Ona görə də, bizə müraciət edənlər çox azdır. Əvvəllər turistlər müraciət edirdisə, indi onlar da valyuta mübadiləsini banklarla həyata keçirirlər”.