30 Oktyabr

Nikoil Bankın səhmdarları toplaşacaq

“NİKOYL” İKB ASC (ünvan: Bakı şəhəri, Puşkin küçəsi 30) bildirir ki, 30 iyun 2017-ci il tarixdə saat 10.00-da Monako Krallığının, Monnte Karlo şəhərində səhmdarların növbəti ümumi yığıncağı keçiriləcəkdir. Yığıncaqda aşağıdakı məsələlərin müzakirəsi nəzərdə tutulmuşdur:

1. Bankın kənar auditor tərəfindən təsdiqlənmiş və Audit Komitəsi tərəfindən tövsiyə edilmiş illik maliyyə hesabatının təsdiq edilməsi;

2. Səhmdarların Ümumi Yığıncağı haqqında Əsasnamənin təsdiq edilməsi;

3. Mənfəətin bölüşdürülməsi və dividendlərin ödənilməsi;

4. Yığıncağın gündəliyində duran digər məsələlər.

Yığıncaqda iştirak etmək üçün şəxsiyyət vəsiqəsi və müvafiq səlahiyyət təsdiq edici sənədləri təqdim etməyiniz xahiş olunur.

Gündəlikdə duran məsələlər üzrə materiallar elektron poçt vasitəsilə göndəriləcəkdir.