30 Oktyabr

Tələb təklifi 4,7 dəfə üstələdi – HƏRRAC

Bu gün mayın 17-də Bakı Fond Birjasında Mərkəzi Bankının 25 000 000 manatlıq qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib. Fins.az xəbər verir ki, hərrac zamanı 8 investordan 12 sifariş daxil olub. Sifarişlərin nominal üzrə ümumi məbləği 117,983,500 manat təşkil edib.

Sifarişlər 98.8848 AZN (14.4999%) və 99.0749 AZN (12.0052%) qiymətində təqdim olunub. Notların rəqabətli sifarişlər üzrə kəsmə qiyməti – 99.0749 AZN (12.0052%), orta ölçülmüş qiyməti – 99.0749 AZN (12.0052%), səviyyəsində Mərkəzi Bank tərəfindən müəyyən edilib.

Bağlanılmış əqdlər üzrə hesablaşmalar 17.05.2017 (t+0) tarixində həyata keçirilib. Notların nominal üzrə reallaşdırılmış həcmi 25,000,000 manat olub.

Xatırladaq ki, hərracda satılan bir notun nominal dəyəri 100 manat, tədavül müddəti 28 gündür. Notların ödəmə tarixi 14.06.2017-ci ildir.