30 Oktyabr

Banklar arasında dollar yenidən bahalaşdı – MƏZƏNNƏ

Banklararası ticarətdə dollar yenidən bahalaşıb. Fins.az xəbər verir ki, may ayının 18-də “Bloomberg” terminalında dollar günə 1.7009 manat məzənnəsi ilə başlayıb. Bu isə ötən günlə müqayisədə dolların manat qarşısında 0,92% və ya 1,5 qəpik dəyər qazanması deməkdir. Ötən gün “Bloomberg”də dollar ticarəti 1.6850 manat məzənnəsi ilə yekunlaşmışdı.

Xatırladaq ki, bir sıra banklar öz müştəriləri üçün müəyyən etdiyi alış-satış qiymətlərini Bloomberg platformasında əks etdirirlər. Bu sifarişlər əsasında başqa bir indeks formalaşır ki, həmin indeks Bloomberg ticarət platforması ilə yanaşı Bloomberg.com saytında da elan olunur.