30 Oktyabr

Neft Fondunun satdığı dolların həcmi – AÇIQLANDI

2017-ci ilin I rübündə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) valyuta satışlarının təşkili ilə bağlı Mərkəzi Bank tərəfindən ümumilikdə 24 valyuta hərracı keçirilib.

Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) 2017-ci ilin yanvar-mart ayları üzrə Pul siyasəti icmalında öz əksini tapıb.

Sənəddə qeyd olunub ki, rüb ərzində ARDNF-in xarici valyuta satışları 793,1 mln. ABŞ dolları təşkil edib ki, bu da 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 36,7% azdır.

Hesabat dövründə Mərkəzi Bankda valyuta hərraclarının keçirilmədiyi günlərdə də banklararası valyuta bazarının "Bloomberg" platformasında təşkil edilən seqmenti normal fəaliyyət göstərib. Dövr ərzində banklararası valyuta bazarının bu seqmentində hərracdan kənar alqı-satqı əməliyyatlarının həcmi 102,5 mln. ABŞ dolları olub.

© APA