30 Oktyabr

İnvestisiyalarda bank kreditlərinin həcmi 37,7% artıb

Cari ilin yanvar-aprel ayları ərzində Azərbaycanda bütün maliyyə mənbələrindən əsas kapitala yönəldilən investisiyaların 10,8%-ni və ya 488 mln. manatını bank kreditləri təşkil edib və nəticədə, investisiyalarda bank kreditlərinin həcmi illik 37,7% artıb.

Kreditlərin cəmi vəsaitlərdə xüsusi çəkisində isə illik müqayisədə 3,1 faiz bəndi artım müşahidə olunub.

Hesabat dövründə ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 4 533,4 mln. manat və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,5% az vəsait yönəldilib. Əsas kapitala yönəldilmiş cəmi vəsaitin 72,8%-ni müəssisə və təşkilatların vəsaitləri, 10,3%-ni büdcə vəsaitləri, 4,4%-ni əhalinin şəxsi vəsaitləri, 1,2%-ni büdcədənkənar fondların vəsaitləri təşkil edib. Ümumi sərmayənin 28,1%-i dövlət, 71,9%-i qeyri-dövlət sektorunun sərmayədarları tərəfindən qoyulub. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsaitin dəyəri ümumi sərmayənin 36,5%-ni təşkil edib.

© Report