30 Oktyabr

Tələb təklifi üstələdi – VALYUTA HƏRRACI

Bu gün mayın 18-də baş tutan valyuta hərracında dollara tələb təklifdən üstün olub. Fins.az-ın bank dairələrindən əldə etdiyi məlumata görə, bu dəfə Mərkəzi Bank hərraca əlavə vəsait çıxarıb.
Belə ki, bu gün Neft Fondu hərraca 35 milyon dollar çıxarıb. Həmin vəsaitin hamısı satılıb. Ancaq bankların tələbi tam ödənilmədiyindən hərraca əlavə 12 milyon 850 min dollar çıxarılıb. Beləliklə, valyuta hərracında ümumilikdə 47 milyon 850 min dollar satılıb.

Qeyd edək ki, may ayında keçirilən valyuta hərraclarının heç birində satışa çıxarılan məbləğ tam satılmamışdı. Bu dəfə hərracda valyutaya tələbin artması dolların məzənnəsini də bahalaşdırıb.
Xatırladaq ki, bu günki hərracın nəticəsində manatın ortaçəkili məzənnəsi 1,7023 səviyyəsində formalaşıb.