Maliyyə Bazarlarına Nəzarət Palatası kiberhücumlardan qorunmaq və risklərin idarə edilməsi ilə bağlı banklara İT tələblər toplusu göndərib. Fins.az xəbər verir ki, bu barədə Palatanın Ödəniş sistemlərinə nəzarət Departamentinin böyük analitiki İlqar Hidayətov bu gün ARPA-nın təşkil etdiyi Risklərin İdarəedilməsi Forumunda məlumat verib.
Bildirib ki, indi ölkədə 32 bank, "Azərpoçt" MMC və 47 bank olmayan kredit təşkilatı (BOKT) fəaliyyət göstərir. Hazırda banklarda informasiya sisteminin təhlükəsizlikyi ilə bağlı qaydalara mövcuddur və onlar bundan istifadə edir. İ.Hidayətovun sözlərinə görə, BOKT-larda belə qaydalar yoxdur. Bu da idarəetmədə və kiberhücumlardan müdafiə sistemində riskləri artırır.
Analitik banklar üçün hazırlanan qaydaların 6 kateqoriyadan ibarət olduğunu qeyd edib. Onlardan biri də banklarda risklərin idarə edilməsi ilə bağlıdır.
İ.Hidayətov son dövrlərdə maliyyə qurumlarına peşəkar kiberhücumların artdığını vurğulayıb. Bunu nəzərə alan Palata banklara İT tələblər toplusu göndərib.