"Turan Bank" biznes və mikro kreditləri dayandırılmasını ilə bağlı bankdan verilən məlumatı rəsmi qaydada təkzib edib. Bankın marketinq departamentindən Fins.az-a bildirilib ki, bank biznes və mikro kredit verilişini davam etdirir.
O cümlədən, adı çəkilən “Lombard krediti” 3 il deyil, 2 il müddətinə verilir.
Qeyd edək ki, bundan əvvəl bankdan verilən məlumatda bildirilirdi ki, may ayından etibarən biznes və mikro kreditlər dayandırılıb. Bu kreditlərin yenidən bərpa edilib-edilməyəcəyi məlum deyil. Bununla yanaşı, bank hazırda müştərilərə 29-36%-lə 3 il müddətinə “Lombard krediti” təklif edir.