30 Oktyabr

“CDB Bank”ın kartları “Atabank”a keçəcək

Caspian Development Bank” ASC-yə (“CDB Bank”) məxsus plastik kartlar istifadə müddətindən asılı olmayaraq bu ayın sonuna qədər aktiv olacaq.

Gələn aydan həmin kartlar bankın birləşmə prosesində olduğu “Atabank” ASC-nin kartları ilə əvəz olunacaq.

Xatırladaq ki, iki bankın birləşməsinə ötən ay qərar verilib. Qərara əsasən, birləşmə nəticəsində yaranacaq yeni bank “Atabank” adı ilə bazarda fəaliyyətini davam etdirəcək.

© Report