30 Oktyabr

Banklarda dollar daha da bahalaşdı

Bu gün ölkənin bir neçə bankı valyutanın satış və alış qiymətlərinə dəyişiklik edib. Fins.az xəbər verir ki, səhər saatlarında banklarda dolların ən sərfəli alış məzənnəsi 1.6960 manata, ən sərfəli satışı 1.7020 manata bərabərdir.
Araşdırmaya əsasən, dünən istirahət günləri ilə müqayisədə”Bank Silk Vey” və “Amrahbank” dolların alış/satış qiymətlərini bahalaşdırıb:
”Bank Silk Vey” alış 1.6820 AZN→ 1.6850 AZN
satış 1.7050 AZN → 1.7070 AZN.
“Amrahbank” alış 1.6960 AZN → 1.6970 AZN
satış 1.7060 AZN → 1.7070 AZN.
“Bank BTB” və “Bank of Baku” ABŞ valyutasının yalnız alış qiymətini bahalaşdırıb:
“Bank BTB” 1.6850 AZN → 1.6900 AZN;
“Bank of Baku” 1.6900 AZN → 1.6920 AZN.
“Günaybank” və “VTB Bank Azərbaycan” yalnız satış qiymətlərini bahalaşdırıb:
“Günaybank” 1.7050 AZN → 1.7060 AZN;
“VTB Bank Azərbaycan” 1.7080 AZN → 1.7090 AZN.
“Yapı Kredi Bank” Azərbaycan isə dolların alış qiymətini ucuzlaşdırıb: 1.6930 AZN → 1.6900 AZN.