30 Oktyabr

Tələb təklifi 2,5 dəfə üstələdi – HƏRRAC

Mərkəzi Bank(AMB) tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə 200 milyon manat həcmində keçirilmiş növbəti depozit hərracında tələb 493,46 milyon manat təşkil edib.

Fins.az Mərkəzi Banka istinadən xəbər verir ki, hərracda tələb təklifi 2,47 dəfə üstələyib. Cəlb edilmiş vəsaitin yekun həcmi 200 milyon manat təşkil edib. Hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 12,01% təşkil edib.