30 Oktyabr

Avro "Merkel" ilə 6 ayın zirvəsinə çıxdı

Avro, Almaniyanın Baş naziri Angela Merkelin Avronun "çox zəif" olduğunu bildirməsindən sonra səhər qeyd etdiyi itkini geri alaraq Dollar qarşısında altı ayın ən yüksək səviyyəsinə çıxıb.

Avro, həftənin ilk iş günündə erkən əməliyyatlarda 1.1162-yə qədər geriləməsinin ardından, Bakı vaxtı ilə 15:23-də 1.1246 səviyyəsinə qalxaraq altı aydan bəri görülən ən yüksək səviyyəsini görüb.

Merkel, Berlində etdiyi çıxışında Avropa Mərkəzi Bankının (AMB) ekspansionist siyasəti səbəbilə Avronun ucuz olduğunu və bu vəziyyətin Almaniyanın ixrac mallarını ucuz hala gətirdiyini bildirib.

Euro/dolar məzənnəsi Bakı vaxtı ilə 16:00-da 0.27 faiz artımla 1.1236 səviyyəsindən əməliyyat olunub.

marja.az