Bü gün səhər dünən axşam saatları ilə müqayisədə bir sıra Azərbaycan banklarında ABŞ valyutasının məzənnəsinin dəyişiklik etdiyi müşahidə olunur. Fins.az xəbər verir ki, hazırda dolların ən sərfəli alış qiyməti 1.7000 manata, satışı – 1.7050 manata bərabərdir.
Belə ki, “Günaybank” ABŞ valyutasının alış/satış qiymətlərini 0.20 qəpik bahalaşdırıb: alışı – 1.6960 manatdan 1.6980 manatadək, satışı 1.7060 manatdan 1.7080 manatadək.
“Azər-Türk Bank” dolların bir tək alışını bahalaşdırıb: 1.6800 manatdan 1.6850 manatadək.
“NBC Bank” və “Nikoil Bank” dolların satış qiymətini cuzi bahalaşdırıb: “NBC Bank” 1.7050 manatdan 1.7070 manatadək, “Nikoil Bank” 1.7100 manatdan 1.7150 manatadək.
“Bank silk Vey” və “Unibank” isəbu göstəricini əksinə ucuzlaşdırıb: “Bank silk Vey” dolların satışını 1.7070 manatdan 1.7060 manatadək, “Unibank” 1.7100 manatdn 1.7050 manatadək.