30 Oktyabr

Hərracdan əvvəl “bloomberg”də dollar ucuzlaşdı

Banklararası ticarətdə dollar ucuzlaşmağa başlayıb. Fins.az xəbər verir ki, “Bloomberg” terminalında dollar günə 1.6950 manat məzənnəsi ilə başlayıb. Bu isə ötən günlə müqayisədə dolların manat qarşısında 0,36% dəyər itirməsi deməkdir. Ötən gün “Bloomberg”də dollar ticarəti 1.7012 manat məzənnəsi ilə yekunlaşmışdı.
Xatırladaq ki, bir sıra banklar öz müştəriləri üçün müəyyən etdiyi alış-satış qiymətlərini Bloomberg platformasında əks etdirirlər. Bu sifarişlər əsasında başqa bir indeks formalaşır ki, həmin indeks Bloomberg ticarət platforması ilə yanaşı Bloomberg.com saytında da elan olunur.