30 Oktyabr

Bank dollar limitini 5 dəfə artırdı

Bu gün Azərbaycanın kommersiya banklarından biri dolların satış limitini artırıb. Fins.az xəbər verir ki, söhbət "Bank VTB (Azərbaycan)"dan gedir.
Bu gündən Bank xarici valyuta satışına tətbiq etdiyi limiti 10 min dollardan 50 min dollaradək artırıb.
Qeyd edək ki, hazırda Azərbaycanda 32 bankdan 7-si dolları limitlə satır. Bu bankların arasında ən yüksək limit "Bank Respublika"da idi - 50 min dollar.