Bu gün Mərkəzi Bank və Neft Fondunun birgə keçirdiyi valyuta hərracında dollar 0.02 qəpik ucuzlaşaraq 1.7021 AZN/USD səviyyəsində formalaşıb. Fins.az-ın verdiyi xəbərə görə, hərraca çıxarılan 35 milyon dollardan 32 milyon 400 min dolları satılıb. Başqa sözlə, 2 milyon 600 min dollar satılmayıb.
Qeyd edək ki, ilin əvvəlindən manat 4% möhkəmlənib.