Azərbaycan Beynəlxalq Bankı (ABB) 3,3 milyard dollar həcmindəki kredit borcunun yenidən strukturlaşmasını avqust ayının sonunadək bitirməyə ümid edir.
Bunu xaric kreditorlarla görüş zamanı "WhiteCase" şirkətinin nümayəndəsi, ABB-nin hüquq məsləhətçisi Yan Klark deyib.
Onun sözlərinə görə, bununla bağlı təkliflər kreditorların 2/3 hissəsinin dəstəyinin alınması üçün iyul ayının 13-ü səsverməyə çıxarılacaq. Daha sonra bu təkliflər yekun qərar üçün Azərbaycanda məhkəməyə göndəriləcək.
Qeyd edək ki, bu gün Londonda ABB-nin xarici kreditorlarla görüşü keçirilir. Görüşdə bankın əsas səhmdarı olan Maliyyə Nazirliyinin rəhbəri Samir Şərifov iştirak edir.
Trend