May ayının 24-da “qara bazar” dollar nisbətən ucuzlaşıb. Fins.az-ın fərdi qaydada valyuta satışı ilə məşğul olan şəxslərdən əldə etdiyi məlumatlara əsasən səhər saatlarında dolların alışı 1.7000 manatdan 1.6900 manata, satışı isə 1.7050 manatdan 1.7000 manata düşüb.
Dollardan fərqli olaraq, avronun “qara bazar” məzənnəsi stabil olaraq qalıb. Avropa valyutasının alışı 1.88 manat, satışı isə 1.90 manat kursu ilə aparılır.