30 Oktyabr

Banklar arasında dollar sürətlə bahalaşır

Banklararası ticarətdə dollar kəskin bahalaşıb. Fins.az xəbər verir ki, “Bloomberg” terminalında dollar günə 1.7021 manat məzənnəsi ilə başlayıb. Bu isə ötən günlə müqayisədə dolların manat qarşısında 1,01% dəyər qazanması deməkdir. Ötən gün “Bloomberg”də dollar ticarəti 1.6850 manat məzənnəsi ilə yekunlaşmışdı.

Xatırladaq ki, bir sıra banklar öz müştəriləri üçün müəyyən etdiyi alış-satış qiymətlərini Bloomberg platformasında əks etdirirlər. Bu sifarişlər əsasında başqa bir indeks formalaşır ki, həmin indeks Bloomberg ticarət platforması ilə yanaşı Bloomberg.com saytında da elan olunur.