30 Oktyabr

Hərrac ərəfəsində “qara bazar”da dollar bahalaşıb

Növbəti valyuta hərracı ərəfəsində “qara bazar”da dollar nisbətən bahalaşıb. Fins.az-ın fərdi qaydada valyuta satışı ilə məşğul olan şəxslərdən əldə etdiyi məlumatlara əsasən səhər saatlarında dolların alışı 1.6900 manatdan 1.6950 manata, satışı isə 1.7000 manatdan 1.7050 manata yüksəlib.
Dollardan fərqli olaraq, avronun “qara bazar” məzənnəsi stabil olaraq qalıb. Avropa valyutasının alışı 1.88 manat, satışı isə 1.90 manat kursu ilə aparılır.