Bü səhər saat 10:00 göstəricilərinə uyğun bir neçə bank istisna olmaqla Azərbaycan kommersiya bankları dolların məzənnəsini dünən axşam saatları ilə müqayisədə sabit saxlayıb. Fins.az xəbər verir ki, hazırda dolların ən sərfəli alış qiyməti 1.6985 manata, satışı – 1.7035 manata bərabərdir.
Dəyişiklik edənlər arasında “Unibank”, “Günaybank” və “Bank BTB”ın adını çəkmək olar.
Belə ki, “Unibank” ABŞ valyutasının alış/satış qiymətini bahalaşdırıb: alışı 1.6850 manatdan 1.6920 manatadək, satışı 1.7050 manatdan 1.7070 manatadək.
“Günaybank” əksinə hər iki göstəricini ucuzlaşdırıb: alışı 1.6980 manatdan 1.6960 manatadək, satışı 1.7080 manatdan 1.7060 manatadək.
“Bank BTB” isə dolların yalnız satış qiymətini ucuzlaşdırıb: 1.7080 manatdan 1.7050 manatadək.