Bu gün Mərkəzi Bank və Neft Fondunun birgə keçirdiyi valyuta hərracında dollar 0.01 qəpik ucuzlaşaraq 1.7020 AZN/USD səviyyəsində formalaşıb. Fins.az-ın verdiyi xəbərə görə, hərraca çıxarılan 35 milyon dollardan 83%-i və yaxud 29 milyon 60 min dolları satılıb. Başqa sözlə, 5 milyon 940 min dollar satılmayıb.
Qeyd edək ki, bundan öncəki hərracda məbləğin 2 mln. 600 min dolları satılmamışdı. Ümumilikdə may ayı ərzində valyuta hərracında banklara 204 milyon 860 min dollar satılıb. Hərracda formalaşan ən yüksək kurs 1.7026 AZN/USD (04.05.2017), ən aşağı kurs isə bu gün formalaşan 1.7020 AZN/USD-dir.