30 Oktyabr

"Bank və maliyyə bazarlarının təhlükəsizliyi"nin müzakirəsi başladı

Bu gün Bakıda Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı ilə “Bank və maliyyə bazarlarının təhlükəsizliyi” mövzusunda konfrans keçirilir. Fins.az-ın məlumatına görə, konfrans mövcud şəraitdə kommersiya banklarına yeni dövr üçün İT strategiyalarını müəyyənləşdirməkdə dəstək olmaq, dövlət qurumlarının nümayəndələri və müstəqil ekspertlərlə birgə aktual məsələləri müzakirə etmək, beynəlxalq praktikaya nəzər salmaq və yeni çağırışlara cavab axtarışı məqsədi daşıyır.

Bir gün davam edəcək Konfrans iki paneldən ibarət olmaqla, “Bankların informasiya təhlükəsizliyi üzrə risk ssenariləri”, “Şəbəkə perimetrinin müasir üsullarla təhlükəsizliyi”, “İnternet və mobil bankçılıq təhlükəsizliyi”, “ATM təhlükəsizliyi”, “Banklarda kibertəhlükə üzrə erkən xəbərdarlıq sistemləri”, “Avtomatlaşdırılmış maliyyə əməliyyatları sistemlərinin kibertəhlükəsizliyi” kimi mözvuları əhatə edəcək.