30 Oktyabr

“Bloomberg”də manat bahalaşdı – SON DƏQİQƏ

May ayının 26-da banklararası ticarətdə dollar ucuzlaşıb. Fins.az xəbər verir ki, “Bloomberg” terminalında dollar günə 1.6855 manat məzənnəsi ilə başlayıb. Bu isə ötən günlə müqayisədə dolların manat qarşısında 0,27% dəyər itirməsi deməkdir. Ötən gün “Bloomberg”də dollar ticarəti 1.6900 manat məzənnəsi ilə yekunlaşmışdı.

Xatırladaq ki, bir sıra banklar öz müştəriləri üçün müəyyən etdiyi alış-satış qiymətlərini Bloomberg platformasında əks etdirirlər. Bu sifarişlər əsasında başqa bir indeks formalaşır ki, həmin indeks Bloomberg ticarət platforması ilə yanaşı Bloomberg.com saytında da elan olunur.