30 Oktyabr

Tələb təklifi 2,6 dəfə üstələdi – DEPOZİT HƏRRACI

Bu gün Mərkəzi Bank (AMB) növbəti dəfə depozit hərracı keçirib. Fins.az-ın məlumatına görə, Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə 250 mln. manat həcmində keçirilmiş növbəti depozit hərracında tələb 649 mln. manat təşkil edib.
Hərracda tələb təklifi 2,6 dəfə üstələyib. Hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə ümumilikdə 250 mln. manat cəlb olunub. Orta ölçülmüş faiz dərəcəsi isə 12,01% təşkil edib.