Azərbaycan Beynəlxalq Bankının xarici valyutada yüksək təminatsız kredit reytinqi "Caa3" səviyyəsindədir. Fins.az-ın məlumatına görə, bu barədə "Moody's" reytinq agentliyi məlumat yayıb.
"Moody`s" bankın xarici və yerli valyutada uzunmüddətli depozit reytinqini "B1" səviyyəsindən "Caa2" səviyyəsinə endirib.
Depozit reytinqinin aşağı salınmasını agentlik bu cür izah edib: "Bundan öncə hökumətin banka maliyyə yardımının mümkünlüyü "çox yüksək" səviyyədə qiymətləndirirdiksə, hal-hazırda bunu "yüksək" kimi qiymətləndiririk. Hökumət və bankın birgə açıqlamasında restrukturizasiya prosesinin fiziki şəxslərin əmanətlərinə və korporativ depozitlərə təsiri etməyəcəyi bəyan olunub".