30 Oktyabr

Ukrayna 3 il ərzində bankların 50%-nı itirib

Ukraynadakı bankların sayı son üç il ərzində 90-dək azalıb. Bu haqda fins.az Ukraynanın Milli Bankına (NBU) istinadən xəbər verir.
Məlumata əsasən, ilin əvvəlində ölkədə 96 bank, 2016-ci ilin yanvarında 163 bank, üç il öncə isə 180 bank fəaliyyət göstərirdi.
90 bankın 38-nin kapitalı xarici valyutada, 5–nin isə Rusiya valyutasındadır. Qalan 17 isə 100% xaricilərə məxsusdur.
Qeyd edək ki, NBU mayın 11-də bank sisteminin 2016-cı il üzrə göstəricilərini nəzərdən keçirərək fəaliyyət göstərən və müflis olan bankların zərərlərinin qiymətləndirilməsini 22.2% artırıb – 7 milyard dollaradək.
Xatırladaq ki, 2017-ci il üçün Ukrayna bankları arasında problemli kreditlərin payı 55.11% təşkil edir.