"Fitch" agentliyi "PAŞA Bank"ın reytinqini aşağı salıb. Fins.az agentliyə istinadən bildirir ki, "PAŞA Bank"ın uzunmüddətli emitent defoltu reytinqini "BB-"dən "B+"a salınıb. Bundan əlavə, "Fitch" "PAŞA Yatırım Bankası A.S."nin milli uzunmüddətli reytinqini "A"dan "BBB+"a endirib.
Qeyd edək ki, hər iki reytinq üzrə proqnoz "neqativ"dən "stabil"ə yenilənib.
