"Manatın üzən məzənnəyə keçidindən sonra bahalaşaraq 1.92-yə gəlib çıxdı. Lakin bazardakı tələb və təklifin həcmi məzənnəni tənzimlədi".
Fins.az xəbər verir ki, bunu "İqtisadi islahatlar: Əldə edilmiş nəticələr və tövsiyələr" mövzusunda keçirilən konfransda Mərkəzi Bankın sədri Elman Rüstəmov açıqlayıb. Bildirib ki, ötən illə müqayisədə manat xarici valyutalar qarşısında 11%-dən çox, 2017-ci ilin əvvəli ilə müqayisədə isə 4%-ə yaxın möhkəmlənib.
"Manatın ucuzlaşması tədiyyə balansı üçün problemlər yarada bilərdi. Ona görə də iqtisadi dayanıqlıq məzənnənin tənzimlənməsini və iqtisadi subyektlər üçün əlverişli olmasını tələb edir".
E.Rüstəmov ölkədə aparılan pul siyasətinə də toxunub:
"Pul siyasətinin asteqmatik olması ilə bağlı səsələnən fikirlər doğru deyil. Depozit hərraclarında 700 milyon manata yaxın tələb yaranır. İqtisadiyyatın kreditləşməsi üçün kifayət qədər baza var. Ancaq prosesin ləng getməsinin səbəbləri kompleks araşdırılmalıdır".
Mərkəzi bankın sərdi yanlış informasiyalarla iqtisadi subyektlərdə çaşğınlıq yaratmağa ehtiyac olmadığını vurğulayıb.