Bu ilin sonuna qədər manatın məzənnəsində ciddi dəyişiklik gözləmirik. Fins.az xəbər verir ki, bunu Mərkəzi bankın sədri Elman Rüstəmov deyib.
Onun sözlərinə görə, məzənnənin möhkəmlənməsi riski zəifləmə riskindən böyükdür və iqtisadi subyektlər arasında çaşqınlıq yaranmasına ehtiyac yoxdur.
Qeyd edək ki, Mərkəzi Bank geniş iqtisadi islahatlar gündəliyi hazırlayıb. E.Rüstəmov sənədin yaxın günlərdə Maliyyə Sabitliyi Şurasına təqdim ediləcəyini bildirib.
"Azərbaycanda banklararası aktiv pul bazarının yaradılması, bunun üçün kredit təşkilatları arasında inamın gücləndirilməsi, zəmanət mexanizminin tətbiqi, nağdsız hesablaşmaların inkişaf etdirilməsi, bütövlükdə nağdsız cəmiyyətə keçid qarşıya məqsəd kimi qoyulub".