30 Oktyabr

Palata 5 banka vaxt verdi – KAPİTALLAŞMA TƏLƏBİ

Bankların kapitallaşmasının yaxşılaşdırılması prosesi davam etdirilir. Kapitallaşmanı başa çatdırmaq üçün 5 banka 2017-ci ilin ortalarınadək vaxt verilib.
Fins.az xəbər verir ki, bunu Maliyyə bazarlarına Nəzarət Palatasının icraçı direktoru Rüfət Aslanlı bəyan edib. Bildirib ki, artıq 12 bankda kapitallaşmaya nail olunub. Prosesdigər banklarda da davam etdiriləcək.
R.Aslanlı banklardakı depozitlərin həcmində artım müşahidə edildiyini bildirib. Onun sözlərinə görə, depoazitlərdə yüksək dollarlaşma davam edir.