30 Oktyabr

Azərbaycan neftdən əldə etdiyi gəlirlərin 2/3 hissəsini itirib

Bu gün Azərbaycan tamamilə yeni iqtisadi tsikldədir. “Report”un məlumatına görə, bunu Bakıda “İqtisadi islahatlar: Əldə edilmiş nəticələr və tövsiyələr” mövzusunda keçirilən konfransda çıxış edən Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov deyib.

Onun sözlərinə görə, 1996-2016-cı illərdə Azərbaycanda orta hesabla 9,4% iqtisadi inkişaf baş verib, 2006-cı ildə isə ümumi daxili məhsulun (ÜDM) rekord səviyyədə - 34,5%-lik artımı qeydə alınıb: “Lakin iqtisadi konyunktura daimi deyil. Son illər qlobal maliyyə və əmtəə bazarlarında baş verənlər Azərbaycan iqtisadiyyatına da təsir göstərib. Azərbaycan neftdən əldə etdiyi gəlirin 2/3 hissəsini itirdi və son nəticədə 2016-cı ildə ölkənin ticarət balansında 1,4 mlrd. dollarlıq kəsir yarandı, buna görə də Azərbaycan manatının məzənnəsinə yenidən baxmaq zərurəti yarandı. Hazırda qarşıda duran məqsəd iqtisadiyyatı əvvəlki vəziyyətinə qaytarmaqdır”.

©Report